Son yeniləmə: 16 Oktyabr 2023 11:53
Türker Yüksel: Azərbaycanla süd və süd məhsullarının satışı istiqamətində geniş əlaqələr qurmaq istəyirik
BAYRAQDAR MEDİA – “Qardaş ölkə Azərbaycanda olmaq, bu tarixi anları yaşamaq çox böyük xoşbəxtlikdir. Sayın Cümhurbaşqanımız Ersin Tatarın Azərbaycana ilk rəsmi səfəri çərçivəsində keçirilən bu sərgidə təmsil olunmaq bizim üçün inanılmaz qürurvericidir”.
Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-də fəaliyyət göstərən “KOOP Süt” firmasının Genel müdiri Türker Yüksel deyib.
O, qeyd edib ki, rəhbərlik etdiyi firma KKTC-də hellim pendirinin istehsalı ilə məşğuldur: “Biz bütün dünyada məhşur olan və Kıbrısa xas hellim pendirinin, o cümlədən süd və süd məhsullarının istehsalı ilə məşğuluq. Bu sərgidə iştirakda əsas məqsədlərimizdən biri qardaş Azərbaycanda ticarət ortaqları tapmaqdır. Yəni Azərbaycanla süd və süd məhsullarının satışı istiqamətində geniş əlaqələr qurmaq istəyirik”.
Hazırda Türkiyəyə və Orta Doğu ölkələrinə hellim ixrac etdiklərini deyən müsahibimiz Azərbaycanda da bu məhsula geniş təlabat olacağını düşünür: “Əvvəla ona görə ki, hellim sırf Kıbrısa məxsus bir pendirdir, Avropadan da bununla bağlı patent alınıb. Yəni bu pendir bizim təbii süddən istehsal olunur. Digər tərəfdən isə bizim məhsullar orqanikdir, heç bir kimyəvi qatqısı yoxdur. Həmçinin, keyfiyyətlidir. Ən əsası, normal pendirdə fərqli olaraq qızardıb da yemək olur. Buna görə də qardaş Azərbaycanda məhsullarımıza böyük təlabatın olacağını düşünürük. İnşallah, bu sərgidən sonra qardaş ölkədə tərəfdaş tapa biləcəyimizə əminik”.