Press "Enter" to skip to content

Əməkdaşlığın hazırkı vəziyyəti müzakirə edilib

Xarici İşlər Nazirliyi

Son yeniləmə: 16 Oktyabr 2023 15:50

BAYRAQDAR MEDİA – Oktyabrın 11-13-də Azərbaycanın xarici işlər nazirinin müavini Fariz Rzayevin Xorvatiyaya səfəri olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, “nazir müavini səfər çərçivəsində oktyabrın 11-12-də Zaqrebdə keçirilən Ukraynada humanitar minatəmizləmə üzrə Beynəlxalq Donorlar Konfransında iştirak edib. F.Rzayev konfransda çıxış edərək, ölkəmizin üzləşdiyi mina problemi və onun ağır nəticələri barədə konfrans iştirakçılarına ətraflı məlumat verib.

Səfər zamanı F.Rzayev, Xorvatiyanın Baş nazirinin beynəlxalq məsələlər üzrə müşaviri Dino Mihanoviç, parlamentin sədr müavini Davorko Vidoviç, xarici və Avropa işləri nazirinin müavini Frano Matuşiç ilə ikitərəfli görüşlər keçirib”.

Məlumatda deyilir ki, “görüşlərdə Azərbaycan ilə Xorvatiya arasında münasibətlər, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri, habelə regional təhlükəsizlik və postmünaqişə vəziyyəti ilə bağlı müzakirələr aparılıb. Səfər zamanı, Xorvatiyanın nüfuzlu beyin mərkəzlərinin nümayəndələri və ekspertlər ilə görüş keçirilib, görüşdə ölkəmizin xarici siyasət prioritetləri, Xorvatiya-Azərbaycan münasibətləri, bölgədə münaqişə sonrası mövcud olan vəziyyət, eləcə də azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq və reinteqrasiya işləri barədə məlumat verilib, regional vəziyyət ətrafında geniş fikir mübadiləsi aparılıb”.

Mission News Theme by Compete Themes.