Press "Enter" to skip to content

Bu sırada da təhsil öndə gəlir

Prof. Dr. Asım Vehbi

Son yeniləmə: 16 Oktyabr 2023 15:22

Prof. Dr. Asım Vehbi: Biz “bir millət üç dövlət” prinsipindən çıxış edərək addım atırıq

BAYRAQDAR MEDIA – “Biz “bir millət üç dövlət” prinsipindən çıxış edərək addım atırıq. Bu kontekstdə də hesab edirik ki, Türkiyə, Azərbaycan və Kuzey Kıbrıs Türk Cümhuriyyəti bütün sahələrdə birgə addımlar atmalıdır. Təbii ki, bu sırada da təhsil öndə gəlir”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında KKTC-nin Arkın Universitetinin rektoru, Prof. Dr. Asım Vehbi deyib.

O, qeyd edib ki, təhsil sahəsində əlaqələri gücləndirmək üçün Bakıda keçirilən sərgi mühüm önəm kəsb edir: “Hesab edirəm ki, təhsil sahəsində əlaqələrin qurulması və güclənməsi ümumilikdə iki qardaş ölkə arasında bağların daha da möhkəmlənməsinə kömək edəcək. Deməli, bunun üçün bizlərin – elm və təhsil sahəsində çalışanların, o cümlədən universitetlərin üzərinə mühüm missiya düşür”.

Açıqlamasında KKTC-nin bir təhsil və universitetlər adası kimi tanındığını deyən rektor qeyd edib ki, 350 min vətəndaşı olan KKTC-yə hər il təhsil almaq üçün xaricdən 100 min tələbə gəlir: “Bu da KKTC-də ali təhsil sahəsinin nə qədər inkişaf etdiyinin bir nümunəsidir. Yüz min gəncin içərisində azərbaycanlı gənclər də var. Ancaq hesab edirik ki, onların sayı artmalıdır. Eyni zamanda, təhsil sahəsində əlaqələr tələbələrin oxumaq üçün KKTC-ni seçməsi ilə kifayətlənməməlidir. Hesab edirəm ki, iki qardaş ölkə arasında müəllim və tələbələrin mübadiləsi həyata keçirilməlidir. Bundan başqa ortaq proqramlar reallaşdırılmalıdır”.

Müsahibimiz rəhbərlik etdiyi universitetin azərbaycanlı gənclərin daha çox təhsil alması üçün çeşidli addımlar atdığını, burslar verdiyini bildirib: “Hazırda bu universitetdə 10 azərbaycanlı təhsil alır. Azərbaycanın Mədəniyyət və İncəsənət Universiteti ilə ortaq proqram reallaşdırırıq. Həmçinin azərbaycanlı müəllimlər bizim universitetdə dərs deyir”.

Mission News Theme by Compete Themes.