Press "Enter" to skip to content

Aziz Sancar TÜRKSOY-un mədəniyyət səfiri oldu

Aziz Sancar

Son yeniləmə: 16 Oktyabr 2023 09:07

BAYRAQDAR MEDİA – Türk Dünyasının 2023-cü il Mədəniyyət Paytaxtı Şuşada keçirilən Beynəlxalq Türk Mədəniyyəti Təşkilatına (TÜRKSOY) üzv ölkələrin Mədəniyyət Nazirləri Daimi Şurasının 40-cı Toplantısının Yekun Bəyannaməsi dərc olunub.

Kirim Haber Ajansı xəbər verir ki, Bəyannamədə Qazaxıstanın Aktau şəhərinin 2025-ci il üçün Türk Dünyasının Mədəniyyət Paytaxtı elan edildiyi açıqlanıb: “Bundan əlavə, Daimi Şuranın iclasında bir sıra qərarlar qəbul edilib. Bəyannamədə türkiyəli alim Aziz Sancara TÜRKSOY-un mədəniyyət səfiri adının verildiyi açıqlanıb”.

Qərarla bağlı TÜRKSOY-un baş katibi Sultan Raev sosial şəbəkədə deyib: “Biz Şuşada Daimi Şuramızı keçirdik. Çox vacib qərarlar qəbul etdik. Xüsusi bir qərarı bölüşmək istəyirəm. Bundan sonra biz hər il bir xüsusi şəxsə TÜRKSOY-un mədəniyyət səfiri adını verəcəyik. İlk növbədə, bu mənalı adı Nobel mükafatlı alimimiz cənab Aziz Sancara təqdim etməyi məqsədəuyğun saydıq”.

Mission News Theme by Compete Themes.