Son yeniləmə: 16 Oktyabr 2023 17:10
BAYRAQDAR MEDİA – Naxçıvan Muxtar Respublikasında oktyabrın 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli ilə müqayisədə 13,8 faiz artaraq 14 min 283 olub.
Bu barədə Dövlət Vergi Xidmətindən məlumat verilib.
Məlumata əsasən hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 26,7 faiz artaraq 384 təşkil edib.
Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 14,6 faiz artaraq 5 min 105-ə çatıb.