Press "Enter" to skip to content

“Tənhalıq: Şəxsiyyətin yolu” adlı müzakirə olacaq

Tənhalıq: Şəxsiyyətin yolu

BAYRAQDAR MEDİA – Oktyabrın 17-si saat 19:00-da YARAT Müasir İncəsənət Məkanında “Yeddinci tənhalıq” qrup sərgisi çərçivəsində “Tənhalıq: Şəxsiyyətin yolu” adlı müzakirə olacaq.

Bu haqda YARAT-ın yaydığı xəbərdə bildirilir.

Xəbərdə deyilir ki, “niyə tənhalıq şəxsiyyət, ələlxüsus da yaradıcı şəxsiyyət üçün həmişə ziyanverici olmur? Tənhalıq və özünüdərketmə dövrləri mənəvi inkişafın təməlini qoymağa necə kömək edir? Müzakirə zamanı fotoqraf Eltac Zeynalov və klinik psixoloq Günel Muradova bu sualları cavablandıracaqlar”.

Qeyd edək ki, Eltac Zeynalov fotoqraf kimi fəaliyyət göstərir. Yaradıcılığı sosiologiyaya və hər bir insanın keçirtdiyi hisslərə fokuslanıb. O, həmçinin küçə fotoqrafiyası ilə də məşğuldur. Günel Muradova isə Liverpul Universitetində (İngiltərə) “Psixi sağlamlıq psixologiyası” üzrə magistr dərəcəsi alıb, həmçinin Nova Tibb Universitetində (Portuqaliya) “Psixi sağlamlıq strategiyası və xidmətləri” üzrə birillik proqramın iştirakçısıdır. O, 2012-ci ildən SN Psixi Sağlamlıq Mərkəzində klinik psixoloq vəzifəsində çalışır, 2020-ci ildən isə Azərbaycan Tibb Universitetində psixologiya, tədqiqat metodları, biostatistika və psixometriya fənlərini tədris edir.

Mission News Theme by Compete Themes.