Son yeniləmə: 13 Oktyabr 2023 16:33
BAYRAQDAR MEDİA – “Kazinform” Akordanın mətbuat xidmətinə istinadən xəbər verir ki, dövlət başçısı Qasım-Jomart Toqayev “Qazax Tili” cəmiyyətinin prezidenti, Milli Qurultayın üzvü Rauan Kenjexanulunu qəbul edib.
Kazinforum xəbər verir ki, görüşdə dil siyasətinin təkmilləşdirilməsi ilə bağlı aktual məsələlər müzakirə olunub: “Prezidentin qeyd etdiyi kimi, qazax dilinin daha da inkişaf etdirilməsi dövlət siyasətinin prioritet istiqamətləri sırasında həmişə olacaqdır. Eyni zamanda, onun fikrincə, qazax dilinin tətbiq dairəsinin genişləndirilməsinə yönəlmiş əməli işlərə xüsusi diqqət yetirilməlidir. Xüsusilə təhsil, texnologiya və media sahələrində dövlət dilində məzmun və rəqəmsal məhsulların payını artırmaq lazımdır”.
Məlumata görə, dövlət başçısı milli uşaq animasiya filmlərinin yaradılmasının, filmlərin və elmi ədəbiyyatın istehsalının genişləndirilməsinin, sosial şəbəkələrdə maarifləndirici kanalların açılmasının vacibliyini qeyd edib: “Vurğulanıb ki, bundan əlavə, qlobal rəqəmsal platformaları tədricən qazax dilinə çevirmək və dil öyrənməyə imkan verən yerli informasiya sistemlərini müasirləşdirmək lazımdır. Qasım-Jomart Toqayev “Qazax dili” cəmiyyətini qazax dilini elm və texnologiya dilinə çevirmək üçün səy göstərməyə çağırıb”.