Son yeniləmə: 13 Oktyabr 2023 10:54
BAYRAQDAR MEDİA – Oktyabrın 13-də Bolqarıstan parlamenti Nikolay Denkovun kabinetinə etimadsızlıq səsverməsi keçirəcək.
Parlamentin spikeri Rosen Jelyazkov bu xəbəri dörd saatlıq müzakirələrdən sonra mətbuata bildirib.
Radio Bolqarıstan xəbər verir ki, Xalq Məclisinin Əsasnaməsinə görə, müzakirələr bitdikdən sonra ən tez 24 saat ərzində etimadsızlıq səsverməsi keçirilə bilər: “Etimadsızlıq qərarının qəbulu üçün 240 deputatdan ən azı 121-i “hə” deməlidir. Müxalifətdən olan BSP, “İma təkv narod” və “Vızrajdane” partiyaları “hökumətin enerji siyasətində fiaskoya uğraması” səbəbi ilə etimadsızlıq səsverməsi təklif edib”.