BAYRAQDAR MEDİA – Oktyabrın 13-də Bakıda qardaş ölkə Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) “Kültür və tanıtım günləri” başlayıb.

Tədbirin ilk günü Bakıdakı Hilton hotelində geniş sərgi gerçəkləşdirilib. Burada KKTC-də fəaliyyət göstərən təhsil ocaqları, inşaat-tikinti şirkətləri, hotel və banklar stendlərlə təmsil olunurlar.
Eyni zamanda, sərgi-təqdimata qatılanlar Kıbrıs türklərinin mətbəxinə aid müxtəlif təamların dadına baxa bilirlər.
Qeyd edək ki, sərginin açılışında KKTC Cümhurbaşqanı Ersin Tatar, Baş nazir Ünal Üstel, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, KKTC-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Ufuk Turganer, iş adamları, deputatlar və media nümayəndələri iştirak ediblər.

“Kültür və tanıtım günləri” çərçivəsində oktyabrın 14-də isə The Landmark Baku-da KKTC foto sərgisi təşkil ediləcək.
Yeri gəlmişkən, sərgiyə qatılan KKTC universitetlərinin və şirkətlərinin təmsilçiləri BAYRAQDAR MEDİA-ya özəl açıqlama verdilər. Həmin açıqlamalrı yaxın günlərdə oxuculara təqdim edəcəyik.