Press "Enter" to skip to content

Avropa Birliyi Qırğızıstana təhsil sektoru üçün 7 milyon avro ayırıb

AB və Qırğızıstanın bayraqları

Son yeniləmə: 13 Oktyabr 2023 09:51

BAYRAQDAR MEDİA – Avropa Birliyi Qırğızıstan hökumətinə təhsil sektoru üçün qrant əsasında 7 milyon avro (665 milyon som) köçürüb.

Bu barədə, Qırğızıstan Maliyyə Nazirliyinin mətbuat xidmətinə istinadən bulak.kg saytı xəbər verir.

Bildirilib ki, “7 milyon avroluq tranş Avropa Birliyinin 2023-2026-cı illər ərzində Qırğızıstanda təhsilin inkişafı strategiyasını həyata keçirmək üçün ayırdığı 27 milyon avrodan birincisidir. Bu proqram təhsilin keyfiyyətinin və biliyin qiymətləndirilməsi sistemlərinin yaxşılaşdırılması, gender bərabərliyinin və çoxdilli təhsilin təşviqi, həmçinin dövlət maliyyə idarəçiliyinin təkmilləşdirilməsi üzrə tədbirlərin görülməsinə yardım göstərəcək”.

Qeyd edilib ki, Maliyyə Nazirliyi bu tranşdan ayrılan vəsaiti təhsilin keyfiyyətinin daha da yüksəldilməsi, dərsliklərin alınması və bütün məktəblərdə internetə çıxışın təmin edilməsi üçün istifadə etməyi planlaşdırır.

Mission News Theme by Compete Themes.