BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Türkiyənin xarici işlər naziri Hakan Fidanı qəbul edib.
Bu barədə türkmenportalı.com məlumat yayıb.
Bildirilib ki, “görüşdə Prezident Serdar Berdimuhamedov Türkiyəyə gözlənilən rəsmi səfərinin Türkmənistan-Türkiyə dostluq və qardaşlıq münasibətlərinin daha da inkişafında yeni səhifə açacağına əminliyini ifadə edib”.
Görüşdən sonra Hakan Fidan “Vətən” xəbər proqramının jurnalistlərinə müsahibəsində Türkmənistanın Türkiyə üçün təkcə qardaş ölkələrdən deyil, həm də ən yaxın ölkələrdən biri olduğunu vurğulayıb. Hakan Fidan onu da qeyd edib ki, görüş zamanı o, Türkmənistan Prezidenti Serdar Berdimuhamedovun Türkiyəyə gözlənilən səfərinə hazırlıq barədə Türkmənistan liderini məlumatlandırıb, qarşılıqlı maraq doğuran geniş spektri müzakirə edib.