BAYRAQDAR MEDİA – Qazaxıstan ölkənin radio və televiziya kanallarına rus dilinin təsirini azaltmağa yönəlmiş və əvəzinə qazax dilinin istifadəsini tələb edən yeni qanun hazırlayır.
Kirim Haber Ajansının məlumatına görə, Qazaxıstanın mədəniyyət naziri Aida Balayeva Qazaxıstan parlamentində təsdiqlənməsi gözlənilən yeni qanundan danışıb. O, deyib ki, KİV haqqında yeni qanun layihəsində dövlət dilinin televiziya və radioda istifadə səviyyəsinin 50 faizdən 70 faizə qaldırılması tələb olunur.
Təxminən 15 faiz rus əhalisi olan Qazaxıstanın Rusiya ilə uzun sərhədi var. Lakin Moskvanın Ukraynaya təcavüzündən bəri Qazaxıstan hökuməti Batı ölkələri və Çinlə daha sıx əlaqələr quraraq, Rusiya təsirindən uzaqlaşmağa çalışır.
Qazaxıstan artıq sovet dövründən qalma kiril əlifbasından imtina edərək latın əlifbasına keçəcəyini bəyan edib və qazax dilini bilməyi Qazaxıstan vətəndaşlığı üçün ilkin şərt edib.
Qazaxıstanda parlamentə təqdim edilən oxşar media qanunu ötən il qonşu Qırğızıstanda da qüvvəyə minib. Qırğızıstan qanunları məmurlardan qırğız dilində sərbəst danışmağı tələb edir və media orqanlarının ən azı 60 faizinin qırğız dilində məzmun dərc etməsi tələb olunur.