BAYRAQDAR MEDİA – 19-20 sentyabr 2023-cü il tarixində Qarabağda aparılan lokal xarakterli antiterror əməliyyatları zamanı şəhid olan qəhrəman Süleyman Mehdiyevin Mingəçevir şəhərində doğulan övladının zəruri xərcləri “YAŞAT” Fondu tərəfindən qarşılanıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Fonddan daxil olub.
Xəbərdə bildirilir ki, “bu məqsədlə min manat vəsait ananın hesabına köçürülüb. Dünyaya yeni göz açan körpənin adına isə depozit hesabı açılacaq və 5 min manat vəsait onun hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür. Şəhidin övladı bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesabından çıxara biləcək”.
Bildirək ki, “Onlar bizə əmanət” layihəsi indiyədək 110 şəhid övladını əhatə edib.