Press "Enter" to skip to content

9 ayda beş mindən çox müraciət

Son yeniləmə: 12 Oktyabr 2023 16:36

BAYRAQDAR MEDİA – 2023-cü ilin 9 ayı ərzində Energetika Nazirliyi və tabeliqurumlara 5403 vətəndaş müraciəti daxil olub.

Bu barədə BAYRAQDAR MEDİA-ya oktyabrın 12-də nazirlikdən məlumat verilib.

Bildirilib ki, “müraciətlərin 4676-sı müvafiq qaydada icra edilib, 240-ı icradadır. 487 müraciət isə məlumat xarakterlidir (müraciətin geri götürülməsi, təşəkkür və digər). Müraciətlər əsasən elektrik enerjisi şəbəkəsinə qoşulma, texniki şərtin verilməsi, elektrik qurğu və avadanlıqlarının istismara yararsız olması, qaz təchizatı, sayğaclarda yaranan qüsurlar, bərpa olunan enerji, qəbula yazılmaq, işlə təminat və digər mövzularla bağlı olub”. Hesabat dövründə Nazirliyin Aparatının və tabeli qurumların rəhbər vəzifəli şəxsləri tərəfindən 153 vətəndaş qəbul edilib və qəbullarda səsləndirilən müraciətlər üzrə qaldırılan məsələlərin qanunvericiliyin tələblərinə uyğun həll edilməsi üçün müvafiq tapşırıqlar verilib.

Mission News Theme by Compete Themes.