BAYRAQDAR MEDİA – Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Ulusal Birlik Partiyasının (UBP) 48-ci ildönümü münasibətilə oktyabrın 11-nə planlaşdırılan qəbul təxirə salınıb.
Bu barədə Kibris Postası xəbər verib.
Bildirilib ki, “UBP-dən verilən açıqlamaya görə, təxirə salınma qərarı Fələstin-İsrail müharibəsi səbəbilə verilib. Açıqlamada, “Bölgəmizdə şiddətlənən müharibə, ölənlərin sayının inanılmaz səviyyələrə yüksəlməsi və üzvlərimizin həssaslığını nəzərə alaraq, partiyamız 48-ci ildönümü ilə bağlı qəbulumuzu daha sonrakı bir tarixə təxirə salmağa qərar verdi. Üzvlərimizə həssaslıq və anlayışlarına görə təşəkkür edirik. deyildi.