Press "Enter" to skip to content

Serdar Berdimuhamedov Bujar Osmanini qəbul edib

Bujar Osmani

Son yeniləmə: 11 Oktyabr 2023 16:37

BAYRAQDAR MEDİA- Türkmənistan Prezidenti Serdar Berdimuhamedov Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) sədrlik edən Quzey Makedoniyanın xarici işlər naziri Bujar Osmanini qəbul edib.

Bu barədə orient.tm saytı məlumat yayıb.

Bildirilib ki, “B.Osmani ATƏT-in regional və qlobal ölçülərdə sülhün, təhlükəsizliyin və sabitliyin təmin edilməsində konstruktiv siyasət yürüdən neytral Türkmənistanla dialoqun inkişaf etdirilməsində böyük marağının olduğunu deyib. Avropalı diplomat, həmçinin Türkmənistan və ATƏT arasında son vaxtlar əldə edilmiş razılaşmaların praktiki irəliləyişini yüksək qiymətləndirib və ölkənin birgə layihələrin həyata keçirilməsində, o cümlədən regional və beynəlxalq əməkdaşlığın inkişafı kontekstində fəal mövqeyini qeyd edib.

Türkmənistan rəhbərinin sözlərinə görə, B.Osmaninin bu səfəri Aşqabad və ATƏT, eləcə də Quzey Makedoniya ilə tərəfdaşlığın daha da inkişafına töhfə verəcək.

Mission News Theme by Compete Themes.