Press "Enter" to skip to content

Nazir Şuşada təkliflər səsələndirib, müxtəlif görüşlər keçirib

İclasdan xatirə fotosu

Son yeniləmə: 11 Oktyabr 2023 11:24

Murat Nurtleu: Qazaxıstan hesab edir ki, İƏT regionun inkişafında daha mühüm strateji rol oynaya bilər və oynamalıdır

BAYRAQDAR MEDİA – Qazaxıstanın Baş nazirinin müavini – xarici işlər naziri Murat Nurtleu İqtisadi Əməkdaşlıq Təşkilatına (İƏT) üzv dövlətlərin Xarici İşlər Nazirləri Şurasının Şuşada keçirilən 27-ci iclasında iştirak edib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Qazaxıstanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

İclas zamanı
İclas zamanı

Bildirilib ki, “nazirlərin görüşü zamanı nümayəndə heyətlərinin rəhbərləri 2023-cü ilin noyabrında Daşkənddə keçirilməsi planlaşdırılan İƏT-in 16-cı Zirvə Toplantısının gündəliyinin layihəsinə baxıblar. Həmçinin İƏT Baş Katibinin Təşkilatın işçi orqanlarının fəaliyyəti haqqında hesabatlarını təsdiqlənib. Bundan əlavə, İƏT çərçivəsində əməkdaşlığın daha da inkişaf etdirilməsi və aktual beynəlxalq və regional problemlər üzrə “saatların sinxronlaşdırılması” ilə bağlı fikir mübadiləsi aparılıb”.

Məlumatda deyilir ki, M.Nurtleu iclasdakı çıxışında mövcud geosiyasi və geoiqtisadi vəziyyət fonunda İƏT-in artan rolunu vurğulayıb. “Qazaxıstan hesab edir ki, İƏT regionun inkişafında daha mühüm strateji rol oynaya bilər və oynamalıdır. Biz təşkilata üzv ölkələrin ümumi layihələrinin təşviqi üçün birgə səylər göstərməliyik”, – deyə nazir bildirib.

Fasilə zamanı mehriban ortam
Fasilə zamanı mehriban ortam

Nazir, həmçinin, görüş iştirakçılarını Qazaxıstan ərazisində infrastruktur layihələrinin birgə həyata keçirilməsinə, İƏT və CICA arasında iqtisadi əməkdaşlığın inkişafına, Əfqanıstandakı humanitar böhranın həllinə çağırıb. Bildirilib ki, bu məsələdə əsas rol Almatıda yaradılan BMT-nin Mərkəzi Asiya və Əfqanıstanda Davamlı İnkişaf üzrə Regional Mərkəzinə veriləcək.

Məlumatda deyilir ki, “M.Nurtleu, eyni zamanda, regiondaxili ticarətin və yük axınlarının həcminin artırılması, o cümlədən region ölkələri arasında mövcud nəqliyyat və logistika marşrutlarının potensialından istifadə edilməsi təklifi ilə çıxış edib. O, investisiya, enerji, kənd təsərrüfatı, maliyyə, turizm, rəqəmsallaşma, sənaye kooperasiyası və ərzaq təhlükəsizliyi sahələrində əməkdaşlığın intensivləşdirilməsinin vacibliyini vurğulayıb”.

Qeyd edilib ki, iclas çərçivəsində Qazaxıstanın xarici işlər naziri Azərbaycan, Pakistan və İrandan olan həmkarları ilə görüş də keçirib: “Danışıqlar zamanı tərəflər ticarət-iqtisadi və investisiya sahələrində ikitərəfli əməkdaşlığın cari məsələlərini müzakirə edib, həmçinin çoxtərəfli strukturlar çərçivəsində qarşılıqlı fəaliyyəti aktivləşdirmək niyyətlərini təsdiqləyiblər. Həmçinin tədbir çərçivəsində nazir M.Nurtleu İƏT-in baş katibi Xusrav Noziri ilə danışıqlar aparıb, onunla Qazaxıstanla bu təşkilat arasında mövcud əməkdaşlığın məsələlərini müzakirə edib. Tərəflər İƏT çərçivəsində gələcək səmərəli qarşılıqlı fəaliyyət üzərində işi davam etdirmək barədə razılığa gəliblər”.

Mission News Theme by Compete Themes.