Press "Enter" to skip to content

MEK əməkdaşları Astrofizika Rəsədxanasında

Sözügedən əməkdaşlar

BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasının Avtomatlaşdırma və proqram təminatı şöbəsinin müdiri Natavan Hacıyeva və şöbənin əməkdaşı Aygün Məmmədova Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Kitabxanasına ezam olunublar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-dən daxil olub.

Xəbərdə qeyd olunur ki, “ŞAR Elmi Kitabxanası ilə MEK arasında 2021-ci ilin iyununda imzalanmış müəssisələrarası müqavilə çərçivəsində olan səfərin məqsədi ŞAR kitabxanasında quraşdırılan İRBİS 64+ AKİS (Avtomatlaşdırılmış Kitabxana İnformasiya Sistemi) proqram təminatının müvafiq modlunun yenilənməsi, baş verən nasazlıqların aradan qaldırılması, eləcə də sistemin yenilənməsi olub”.

Ezamiyyət müddətində ŞAR Elmi Kitabxanasında öncə avadanlıqların vəziyyəti yoxlanılıb, texniki qurğuların vəziyyəti sistem üçün hazırlanıb. Azərbaycanda ilk dəfə olaraq EBNİT Assosasiyasının LİBNET bazasından kitabxanada tətbiq edilən İRBİS-AKİS-ə kitabların elektron şəkildə mərkəzləşmiş qaydada köçürülməsi həyata keçirilib.

MEK əməkdaşları tərəfindən sistemdə olan yeniliklər və əlavə dəyişikliklər haqqında kitabxana işçilərinə ətraflı məlumat verilib, sualları cavablandırılıb.

Mission News Theme by Compete Themes.