Press "Enter" to skip to content

KOBİA daha bir beynəlxalq tədbirdə

Tədbir zamanı

Son yeniləmə: 11 Oktyabr 2023 14:33

BAYRAQDAR MEDİA – Almaniyanın paytaxtı Berlin şəhərində Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 19-cuİllik Toplantısı keçirilib. Tədbirə INSME-yə üzv ölkələrin müvafiq qurumları, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də qatılıb.

KOBİA-dan BAYRAQDAR MEDİA-ya verilən məlumatda belə deyilir.

Məlumata görə, “KOB-ların gələcək uğurlarında rəqəmsal transformasiya” mövzusunda paneldəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, onlarıninnovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib: “Qeyd edilib ki, sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi KOB evlərinin “E-KOB evi” rəqəmsal platformasına keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. KOBİA tərəfindən verilən və sahibkarların innovativ təşəbbüslərinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsindən, təhsil, elm, tədqiat və dəstək istiqamətləri üzrə qrant dəstəyindən faydalanan KOB-ların sayı artmaqdadır. KOBİA sahibkarlara ödənişsiz olaraq digər mövzularla yanaşı, biznesin elektronlaşdırılması, bu sahədə rəqəmsal həllər, e-ticarət barədə məsləhət və təlim xidməti göstərir”.

Məlumatda o da bildirilib ki, “sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. İNSME-nin “KOB-ların gücləndirilməsi: iqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunmuş 18-ci İllik Toplantısı KOBİA-nın təşkilatçılığı ilə 2022-ci ildə Bakıda keçirilib”.

Mission News Theme by Compete Themes.