BAYRAQDAR MEDİA – AMEA Mərkəzi Elmi Kitabxanasında Prof. Şahbaz Muradovun “İnsan potensialı: əsas meyllər, reallıqlar, problemlər” monoqrafiyası da var.
Monoqrafiya 106 il ərzində (1897-2003) Azərbaycanda insan potensialının formalaşması, inkişafı və istifadəsinin nəzəri-metodoloji, sosial-iqtisadi, etno-demoqrafik və regional problemlərinin öyrənilməsinə həsr edilib. Kitabda ilk dəfə olaraq zəngin tarixi və rəsmi statistik məlumatlar əsasında uzun tarixi dövr ərzində Azərbaycan əhalisinin sayı, milli tərkibi, yaş-cins quruluşu, şəhər və kənd yerləri arasında bölüşdürülməsi, təhsil, intellektual inkişaf və məşğulluq səviyyəsi və quruluşunda, miqrasiyası prosesində, ailə-kəbin, doğum, ölüm və təbii artım, ömür müddəti və sağlamlıq göstəricilərində baş verən dəyişikliklər və inkişaf meylləri, onlara təsir edən amillər kompleks şəkildə tədqiq edilib ümumiləşdirilib, bütün bunlar dünya və MDB ölkələri ilə müqayisəli şəkildə aparılıb. Burada habelə müasir mərhələdə Azərbaycanda əhali sakinliyi, demoqrafiya, əhali miqrasiyası, məşğulluq və Gender sahəsində dövlət siyasətinin əsas istiqamətləri hərtərəfli və geniş işıqlandırılmış, dünya və MDB ölkələrinin bu sahədəki təcrübəsi nəzərə alınmaqla elmi cəhətdən əsaslandırılmış bir sıra nəzəri-metodoloji və konseptual xarakterli təkliflər verilib.
Əsər elmi işçilər, ali məktəb müəllimləri, tələbələr və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.