Son yeniləmə: 11 Oktyabr 2023 10:01
BAYRAQDAR MEDİA – Türkiyə Cümhuriyyətinin elan edilməsinin 100-cü ildönümü münasibətilə paytaxt Ankaradakı Anadolu Sivilizasiyaları Muzeyində 100 əsərdən ibarət “Ənənəvi türk sənətləri sərgisi” maraqlananlara təqdim olunub.
Kirim Haber Ajansının məlumatına görə, sərgi 13 oktyabr 2023-cü il tarixinədək ziyarətçilərin üzünə açıq olacaq.
Sərgiyə ənənəvi türk sənətləri sahəsində çalışan 85 rəssamın Cümhuriyyətin müxtəlif dövrlərinə aid hazırladığı ebru, illüminasiya, miniatür, kaşı və xəttatlıq kimi 100 əsər daxildir.