Press "Enter" to skip to content

Azərbaycanda “II Türk Dünyası Muzeyləri Görüşü”

Görüşdən xatirə şəkli

BAYRAQDAR MEDİA – 11-14 oktyabr tarixlərində Bakı və Şuşa şəhərlərində “II Türk Dünyası Muzeyləri Görüşü” keçirilir.

Bu haqda Mədəniyyət Nazirliyinin yaydığı xəbərdə deyilir.

Xəbərdə bildirilir ki, “tədbir Mədəniyyət Nazirliyi, Beynəlxalq Türk Mədəniyyəti Təşkilatı (TÜRKSOY) və Milli Xalça Muzeyinin birgə təşkilatçılığı keçirilir. Tədbirin təşkilində əsas məqsəd türk dünyasında muzey sahəsində baş verən yeniliklərlə tanış olmaq, təcrübə və bilik mübadiləsi aparmaq və yeni layihələri müzakirə etməkdir. Xatırladaq ki, ilk dəfə Türk Dünyası Muzeyləri Görüşü 2022-ci ildə Türkiyənin Bursa şəhərində təşkil olunub”.

Sonra xəbərdə, “oktyabrın 11-də AMXM-də “II Türk Dünyası Muzeyləri Görüşü” çərçivəsində “Türk dünyasının simvolu – xalça” adlı beynəlxalq konfrans işinə başlayıb. İkigünlük konfransa türk dövlətlərindən olan muzey rəhbərləri və nümayəndələri, muzeyşünaslar, TÜRKSOY-un rəhbərliyi, eləcə də digər rəsmi şəxslər qatılıb. Beynəlxalq tədbirin akademik sessiyalarında “Ümumtürk mədəni irsi – xalça”, “Xalçanın dili – damğalar”, “Muzeylərdə xalçaların saxlanması, konservasiyası və sərgilənmə metodları” mövzuları müzakirə olunacaq. Konfransda Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan və Qaqauz Yerindən (Moldova) olan 30-dan artıq mütəxəssis məruzələrlə çıxış edəcək”.

Konfrans çərçivəsində AMXM ilə Özbəkistan Dövlət Tarix Muzeyi və Ankara Etnoqrafiya Muzeyi arasında Anlaşma Memorandumu imzalanacaq.

Konfrans iştirakçıları oktyabrın 11-də AMXM-də Qazaxıstan Mərkəzi Dövlət Muzeyinin eksponatlarından ibarət sərginin açılışına da qatılacaqlar.

13-14 oktyabr tarixlərində isə tədbirin qonaqları Şuşa şəhərində Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş I Türk Dünyası Mədəniyyət Forumuna qatılacaqlar.

Şuşa şəhərində həmçinin TÜRKSOY Muzeylər Birliyinin toplantısı keçiriləcək. Qonaqlar Şuşada olan muzeyləri və tarixi məkanları da ziyarət edəcəklər.

Mission News Theme by Compete Themes.