Press "Enter" to skip to content

Elmdən gələn gəlir 3 dəfə artıb

Ötən tədris ilinin yekunları müzakirə edilib

Son yeniləmə: 10 Oktyabr 2023 09:14

BAYRAQDAR MEDİA – Offline və onlayn formatda keçirilən hesabat yığıncağında Qazaxıstanın Avrasia Milli Universitetinin rektoru Erlan Sıdıkov ötən tədris ilinin yekunları barədə məlumat verib. Rektor, universitetin qarşıdakı illər üçün prioritetlərini açıqlayıb.

Bu barədə El.kz xəbər agentliyi Elm Nazirliyinə istinadən xəbər verir.

Məlumata əsasən, çıxışda bildirilib ki, 2023-cü ildə universitet elmindən əldə olunan gəlirin payı 2020-ci illə müqayisədə təxminən üç dəfə artaraq 5,03 milyard tengeyə çatıb: “Alimlər nüvə və hidrogen enerjisi, molekulyar biologiya, gen mühəndisliyi, biotibb, coğrafi informasiyanın modelləşdirilməsi, yeni tikinti materialları və digər sahələrdə 240-dan çox elmi tədqiqat və 10 beynəlxalq elmi layihə həyata keçirirlər. Keçən il tədqiqat fəaliyyəti nəticəsində 125 müəlliflik şəhadətnaməsi və patent alınmışdır. ENU-nun 6 laboratoriyası Milli Akkreditasiya Mərkəzi tərəfindən akkreditasiya olunub”.

Rektor onu da vurğulayıb ki, universitetdə kadr potensialının rəqabət qabiliyyətinin artırılması məqsədilə gənclərin elmə cəlb olunması istiqamətində fəal iş aparılır.

Universitet beynəlxalq əməkdaşlığı da fəal şəkildə inkişaf etdirir. Ötən il 700-dən çox xarici mütəxəssis universitetin alimləri ilə birgə çalışıb.

Mission News Theme by Compete Themes.