BAYRAQDAR MEDİA – Oktyabrın 9-da Azərbaycanın sədrliyi altında İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) üzv dövlətlərinin yüksək səviyyəli rəsmilərinin görüşü keçirilib.
Bu barədə BAYRAQDAR MEDİA-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.
Bildirilib ki, görüş Azərbaycanın xarici işlər nazirinin müavini Yalçın Rəfiyevin sədrliyi altında keçirilib: “Görüş zamanı, 10 oktyabr 2023-cü il tarixində Şuşa şəhərində keçiriləcək İƏT-in xarici işlər nazirləri şurasının 27-ci iclasına hazırlıq və təşkilatçılıq məsələləri, habelə tədbirin gündəliyində duran sənədlər müzakirə olunub”.