BAYRAQDAR MEDİA – Oktyabrın 10-u saat 23:59-da “2019–2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində xaricdə doktorantura təhsili ilə bağlı sənəd qəbulu yekunlaşacaq.
Bu haqda Elm və Təhsil Nazirliyinin yaydığı xəbərdə deyilir.
Xəbərdə bildirilir ki, “proqrama müraciət üçün tələb olunan sənədlərin siyahısı, elana dair ətraflı məlumat və qeydiyyat linki müvafiq keçidlərdən əldə oluna bilər. Həmçinin əlavə sual yarandığı zaman “Mütəmadi verilən suallar” bölməsi və ya dpinfo@edu.gov.az e-poçt ünvanına müraciət etmək mümkündür”.