Son yeniləmə: 9 Oktyabr 2023 18:23
BAYRAQDAR MEDİA – Türkmənistan nümayəndə heyəti Gürcüstanın paytaxtı Tbilisidə reproduktiv sağlamlıq üzrə beynəlxalq konfransda iştirak edib.
Türkmenportalı.com xəbər verir ki, tədbirdə 17 ölkədən nümayəndələr iştirak edib: “Görüşdə Türkmənistandan olan ekspertlər ailə planlaşdırılması xidmətlərinin keyfiyyətinin yüksəldilməsi istiqamətində təcrübə mübadiləsi aparıblar. 1994-cü ildə Əhali və İnkişaf üzrə Beynəlxalq Konfransda 179 hökumət fəaliyyət planı qəbul edib və könüllü ailə planlaması, təhlükəsiz hamiləlik və doğuş da daxil olmaqla reproduktiv sağlamlıq xidmətlərinə universal çıxışı təmin etmək barədə razılığa gəlib”.