Press "Enter" to skip to content

Qusarda ictimai dinləmə keçiriləcək

Son yeniləmə: 9 Oktyabr 2023 16:21

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Dünya Bankının maliyyə dəstəyi ilə icra olunan “Məşğulluğa Dəstək Layihəsi” barəsində məlumatlılığı artırmaq məqsədilə növbəti ictimai dinləmə Qusar rayonunda təşkil olunacaq.

Nazirlikdən verilən məlumata görə, tədbirdə iştirakçılara layihənin hədəf və məqsədləri, əhatə dairəsi, icrası zamanı ətraf mühit və sosial məsələlərə dair tələblər, eləcə də layihəyə müraciət və iştirak qaydaları barəsində ətraflı məlumat veriləcək və onları maraqlandıran suallar cavablandırılacaq.

İctimai dinləmə 11 oktyabr 2023-cü il tarixində saat 11.30-da Qusar şəhərindəki Gənclər Evində keçiriləcək.

Mission News Theme by Compete Themes.