Press "Enter" to skip to content

“Qafqazlı qardaşqızı” operettası nümayiş olunub

Qafqazlı qardaşqızı

BAYRAQDAR MEDİA – Oktyabrın 8-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında Xalq artisti Rauf Hacıyevin “Qafqazlı qardaşqızı” iki hissəli operettası oynanılıb.

Bu haqda sözügedən Teatrın yaydığı xəbərdə qeyd olunur.

Xəbərdə deyilir ki, “səhnə əsərinin budəfəki nümayişi teatrın istedadlı aktrisası Nadejda Povelitsinanın 70 illik yubileyi münasibətilə təqdim olunub. Tamaşada Bibixanım obrazını canlandıran aktrisa yubileyini sənət dostları ilə birlikdə qeyd edib. Ömrünün 47 ilini Musiqili Teatra həsr edən Nadejda xanım ona göstərilən diqqət və qayğıya görə teatrın rəhbərliyinə və kollektivinə təşəkkürünü bildirib”.

Mission News Theme by Compete Themes.