Press "Enter" to skip to content

Müdafiə sənayesinin inkişafı fondu yaradılacaq

Qazaxıstan hakimiyyəti bu ilin sonuna kimi hərbi-sənaye kompleksinin inkişafı üçün xüsusi fond yaratmaq niyyətindədir

Son yeniləmə: 9 Oktyabr 2023 09:12

BAYRAQDAR MEDİA – Qazaxıstan hakimiyyəti bu ilin sonuna kimi yerli istehsalçıları dəstəkləmək üçün hərbi-sənaye kompleksinin inkişafı üçün xüsusi fond yaratmaq niyyətindədir.

Veçernıy Bişkek xəbər verir ki, bunu Baş nazir Əlixan Smailov hökumətin iclasında deyib: “Hərbi-sənaye kompleksi sahəsində də müasir texnologiyaların lokallaşdırılması və transferinin yüksək payı təmin ediləcək. Yerli müəssisələrin dəstəklənməsi üçün ilin sonuna kimi xüsusi olaraq hərbi sənaye kompleksinin inkişafı fondu yaradılacaq”.

Nazirlər Kabinetinin rəhbəri onu da xatırladıb ki, ötən həftə Qazaxıstanda ilk dəfə “İnnoprom” beynəlxalq sənaye sərgisi keçirilib, onun əsas mövzusu yeni dövrün sənaye strategiyası olub: “Qlobal tendensiyaları nəzərə alaraq, Sənaye Nazirliyi və maraqlı dövlət qurumları müəssisələrdə innovativ texnologiyaların tətbiqini stimullaşdırmaq üçün yeni yanaşmalar hazırlamalıdırlar”.

 

Mission News Theme by Compete Themes.