Press "Enter" to skip to content

KKTC xarici işlər naziri Azərbaycandadır

Tahsin Ertuğruloğlu Nadir Azəriyə müsahibə verərkən

Tahsin Ertuğruloğlu: İşğaldan azad edilməsindən sonra bizlərin Şuşaya səfər etməyimiz bir ayrı xoşbəxtlikdir

BAYRAQDAR MEDİA – “Bu mənim Bakıya ilk gəlişimdir. Ümumiyyətlə Azərbaycanda olmaq bir Kıbrs türkü üçün çox önəmli və qürurvericidir. Bilirisiniz ki, biz KKTC olaraq “tək millət üç dövlət” anlayışı ilə hərəkət edirik. Türk dünyasına inanan, türk dünyasının birliyinin daha da güclənməsini arzu edən insanlarıq. Biz türk dünyasının qopmaz parçasıyıq”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl müsahibəsi zamanı Kuzey Kıbrıs Türk Cümhuriyyətinin (KKTC) xarici işlər naziri Tahsin Ertuğruloğlu deyib. Qeyd edək ki, onun geniş və maraqlı məqamlarla zəngin müsahibəsini yaxın günlərdə oxuculara təqdim edəcəyik.

Müsahibədən sonra xatirə fotosu
Müsahibədən sonra xatirə fotosu

T.Ertuğruloğlu bildirib ki, Azərbaycana səfərinin məqsədi oktyabrın 10-da Şuşa şəhərində keçiriləcək İqtisadi Əməkdaşlıq Təşkilatı (İƏT) Nazirlər Şurasının 27-ci iclasında iştirak etməkdir: “Tədbirdə İqtisadi Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin xarici işlər nazirləri iştirak edəcəklər”.

T.Ertuğruloğlu Şuşaya səfər etməyin də ayrı bir dərin hisslər oyatdığını deyib: “Uzun illər işğal altında olan bu qədim şəhərin, Azərbaycanın mədəniyyət paytaxtının işğaldan azad edilməsindən sonra bizlərin Şuşaya səfər etməyimiz bir ayrı xoşbəxtlikdir. Bu olduqca qürurvericidir. Ona görə də böyük həyəcanla Şuşanı görməyə tələsirik”.

 

Mission News Theme by Compete Themes.