Press "Enter" to skip to content

Fransanın növbəti riyakarlığı

Musa Bərzin

Son yeniləmə: 9 Oktyabr 2023 12:35

Musa Bərzin: Dünya birliyi İrana sanksiyalar tətbiq edir, amma Fransa şirkətləri İrana sürətli şəkildə böyük həcmdə sərmayə qoyurlar

BAYRAQDAR MEDİA – “Təəssüflər olsun ki, bir zamanlar Azərbaycan Respublikasına qarşı dünya birliyi tərəfindən sərgilənən ikiüzlü siyasət, məsələlərə ikili standartlardan yanaşma taktikası Güney Azərbaycan türklərinə qarşı da tətbiq edilir. Bu isə əksər Batı ölkələrinin, xüsusilə də guya insan hüquqlarının müdafiəsi ilə məşğul olduğunu iddia edən ölkə və təşkilatların riyakarlığını, əsl üzünü bir daha ortaya qoyur”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl açıqlamasında Güney Azərbaycanın Ərdəbil şəhərindən olan milli fəal, hazırda Türkiyədə yaşayan hüquqşünas Musa Bərzin deyib.

Fransa başda olmaqla bəzi ölkələr insan hüquqları məsələsində öz məqsədlərinə çatmaq üçün istifadə edirlər

O, qeyd edib ki, bir zamanlar Ermənistanın işğalçılıq siyasətinə yanaşmada susqunluq nümayiş etdirən beynəlxalq qurumlar indi də İranın insan haqlarının kobud surətdə pozulmasına yönələn siyasətinə kifayət qədər sərt reaksiya vermir: “Səbəb isə bəllidir. Batının bəzi insan haqları təşkilatları, o cümlədən Fransa başda olmaqla bəzi ölkələr insan hüquqları məsələsindən öz məqsədlərinə çatmaq üçün istifadə edirlər”.

Bu məsələdə Reno və Pejo şirkətləri xüsusilə öndə gedirlər

Vurğulanıb ki, bu baxımdan, Fransanın riyakarlığını sübut edən bircə fakt demək kifayətdir:  “Təsəvvür edin ki, dünya birliyi İrana sanksiyalar tətbiq edir, o cümlədən Fransa guya insan haqlarının müdafiəçisi kimi çıxış edir. Amma Fransa şirkətləri, xüsusilə də bu ölkənin avtomobil şirkətləri İrana sürətli şəkildə böyük həcmdə sərmayə qoyurlar. Bu məsələdə Reno və Pejo şirkətləri xüsusilə öndə gedirlər”.

Fransanın bu addımı fars-molla rejiminin ayaqda qalmasına dəstək deməkdir

Müsahibimiz deyib ki, adıçəkilən şirkətlərin timsalında Fransanın bu addımı fars-molla rejiminə dəstəkdən başqa bir şey deyil: “Çünki İranda hansısa sahəyə sərmayə qoymaq, həm də fars-molla rejiminin ayaqda qalmasına dəstək deməkdir. Bu da Fransanın növbəti ikiüzlü siyasətinin təzühürüdür”.

Mission News Theme by Compete Themes.