Son yeniləmə: 9 Oktyabr 2023 20:31
BAYRAQDAR MEDİA – Oktyabrın 9-da Bakıda Tibb Təhsili üzrə 8-ci Beynəlxalq Konfransın (International Conference on Medical Education, ICME) açılış mərasimi olub.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyindən daxil olub.
Xəbərdə qeyd edilir, “tədbir Səhiyyə Nazirliyi, Tibb Universiteti və Pakistanın Riphah Beynəlxalq Universitetinin birgə təşkilatçılığı ilə keçirilir. Dünyanın 20-dən çox ölkəsindən 300-ə yaxın xarici qonağı bir araya gətirən konqresdə tibb təhsili sahəsinin aparıcı mütəxəssisləri iştirak edir. Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev qonaqları salamlayaraq tədbirin Azərbaycanda təşkilinə verdiyi dəstəyə görə Ümumdünya Tibb Təhsili Federasiyasına minnətdarlığını bildirib. Azərbaycanda tibb təhsili məsələsinə toxunan nazir qeyd edib ki, Azərbaycan Tibb Universiteti ölkədə ali tibb təhsilində əsas yer tutan qocaman ali məktəbdir. Nazir tədbirin tibb təhsilinin gələcək istiqamətləri ilə bağlı aktual məsələlərə toxunacağı və məhsuldar olacağına inandığını bildirdi və konfransın işinə uğurlar arzulayıb”.
Sonra xəbərdə, “tədbirdə çıxış edən Elm və təhsil naziri Emin Əmrullayev konfrans iştirakçılarını salamlayaraq, tibb təhsilinin ölkənin strateji məsələlərinin həllində və əhalinin sağlamlığının qorunmasında mühüm əhəmiyyətindən danışıb. ATU-nun rektoru, Prof. Gəray Gəraybəyli tibb təhsili sahəsində belə bir mötəbər tədbirin Azərbaycanda keçirilməsi və məhz Heydər Əliyev ilinə təsadüf etməsinin qürurverici hadisə olduğunu vurğulayıb. O, Bakı konfransı innovativ ideyalar, qabaqcıl təcrübələr və tibb təhsili sahəsində ən son yeniliklərin mübadiləsi üçün platforma rolunu oynayacağını bildirib” deyə qeyd olunur.
Daha sonra Dünya Tibb Təhsili Federasiyanın (World Federation of Medical Education, WFME) prezidenti, Prof. Rikardo Leon-Borkes, Birləşmiş Ərəb Əmirliklərinin Ras Al-Khaimah Tibb və Sağlamlıq Elmləri Universitetinin prezidenti, Prof. İsmayıl İbrahim Matalka, Riphah Beynəlxalq Universitetinin kansleri Hasan Muhammed Xan, Birləşmiş Ərəb Əmirliklərinin Gulf Universitetinin kansleri Prof. Hossam Hamdini, Tibb Təhsili üzrə Beynəlxalq Konfransın prezidenti, Prof. Azhar Raşid konfransın əhəmiyyəti barədə danışıblar.
Sonra tanınmış tədqiqatçı Fuad Axundov “Bakının neft və qeyri-neft salnaməsi” mövzusunda təqdimat keçirib.
Konfrans işini müxtəlif mövzular üzrə simpoziumlarla davam etdirib.
Qeyd edək ki, indiyədək ICME konfransı iki ildən bir olmaqla Abu Dabi, Mavrikiy, İstanbul, Ottava və İslamabadda keçirilib. Konfrans 2021-ci ildə isə İndoneziya İslam Universiteti ile birgə virtual formatda keçirilib.