BAYRAQDAR MEDİA – Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.
Bu haqda xəbəri Ş.Mişel oktyabrın 7-də özünün sosial media hesabında yayıb.
Avropalı siyasətçi yazıb ki, zəng Azərbaycan və Ermənistan liderlərinin Brüsseldə keçirilməsi nəzərdə tutulan görüşünə hazırlıqla bağlı olub.
Ş.Mişel qeyd edib ki, Avropa Birliyinin Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşmasına münasibətini ifadə edib.
O, həmçinin bildirib ki, qarşılıqlı şəkildə ərazi bütövlüyü və suverenliyə hörmətin, eyni zamanda sərhədlərin delimitasiyası yönündə irəliləmənin vacibliyini təkrarlayıb.
Ş.Mişel həm də Qarabağ ermənilərinin uzun müddətli təhlükəsizliyi və hüquqlarının təmin edilməsinin zərurətini vurğulayıb.