Press "Enter" to skip to content

Səhiyyə Nazirliyində Dünya Tibb Təhsili Federasiyasının prezidenti ilə görüş

Görüşdən görüntü

BAYRARQDAR MEDİA – Azərbaycanın səhiyyə naziri Teymur Musayev Dünya Tibb Təhsili Federasiyasının (World Federation of Medical Education, WFME) prezidenti Rikardo Leon-Borkeslə görüşüb.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Nazirlikdən daxil olub.

Xəbərdə deyilir ki, “görüşdə Azərbaycan Tibb Universitetinin rektoru Gəray Gəraybəyli də iştirak edib. Qonaqları salamlayan T.Musayev WFME-nin missiyasının beynəlxalq müstəvidə ali elmi və etik standartların tətbiqi yolu ilə tibbi təhsilin keyfiyyətinin artırılması istiqamədində fəaliyyətini yüksək qiymətləndirib. Nazir çıxışında qeyd edib ki, Azərbaycanda səhiyyə sahəsinin və tibb elminin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. T.Musayev çıxışının sonunda gələcəkdə əməkdaşlığın daha da uğurla inkişaf etdiriləcəyinə ümidvar olduğunu vurğulayıb”.

Səmimi qəbula görə minnətdarlığını bildirən WFME prezidenti Azərbaycanda səhiyyə və tibb elminin inkişafı istiqamətində həyata keçirilən tədbirləri yüksək qiymətləndirib. Federasiyasının Ümumdünya Səhiyyə Təşkilatı, Ümumdünya Tibb Assosiasiyası, UNESCO və BMT-nin müvafiq qurumları ilə qarşılıqlı əlaqədə olduğunu qeyd edən R.L.Borkes WFME-nin Azərbaycan Səhiyyə Nazirliyi ilə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Görüş zamanı SN ilə WFME arasında əməkdaşlığın genişləndirilməsi barədə faydalı müzakirələr aparılıb.

Mission News Theme by Compete Themes.