BAYRAQDAR MEDİA – Qırğızıstan parlamentinin deputatları Doğdurkul Kendirbayevanın elm və təhsil naziri vəzifəsinə təyin edilməsinə razılıq veriblər.
Bu barədə bulak.kg məlumat yayıb.
Bildirilib ki, “sualları cavablandıran namizəd məktəbli qızların hicablı olmasına münasibətini qeyd edib, məktəbli formasından danışıb”.
O, məktəblərdə 12 illik təhsilin tətbiqinə də münasibətini bildirib, həmçinin məktəblərdə reketçilik probleminə toxunub.
Doğdurkul Kendirbayevanın namizədliyinin lehinə 75 deputat səs verib. Əleyhinə isə səs verən olmayıb.