Son yeniləmə: 6 Oktyabr 2023 09:52
BAYRAQDAR MEDİA – Qazaxıstanın Türküstan vilayətinin Sahibkarlar Palatasının qərargahında Regional Şuranın üzvləri bir araya gəlib.
Turkistan Today xəbər verir ki, iclasın moderatoru Türkistan Region Sahibkarlar Palatasının Regional Şurasının sədri Nurəli Almaxanuli olub.
Gündəlikdə Qazaxıstan Respublikası “Atameken” Milli Sahibkarlar Palatasının XI Qurultayına Regional Şuradan nümayəndə seçilməsi məsələsi müzakirə olunub. Səsvermənin nəticələrinə görə, Regional Şuranın 13 üzvü növbəti qurultayda nümayəndə kimi iştirak edəcək. Qurultay noyabrın 17-də paytaxt Astanada keçiriləcək.