Press "Enter" to skip to content

Xalq artistinə həsr olunmuş kitabın təqdimatı olacaq

Yasin Qarayev - 75

BAYRAQDAR MEDİA – Oktyabrın 12-də saat 14:00-da Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında teatrın aktyoru, Xalq artisti Yasin Qarayevin 75 illik yubileyinə həsr olunan “Alın yazısına inam” adlı kitabın təqdimat mərasimi keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Teatrın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “Prof. İlham Rəhimli tərəfindən qələmə alınan kitabda ömrünün 50 ilini teatr və kino sənətinə həsr edən Xalq artistinin zəngin həyat və yaradıcılığına geniş nəzər salınmış, onun gənclik illərindən üzü bəri ifa etdiyi rollar barədə bəhs olunub. Kitabda həmçinin Y.Qarayevin insani keyfiyyətləri, yaradıcı xüsusiyyətləri haqqında müəllifin şəxsi müşahidələri, fikirləri, aktyorun ailə üzvləri, həmçinin sənət dostları ilə şəkilləri yer alıb”.

Qeyd edək ki, Literpress nəşriyyatında çap olunan kitabın redaktoru Cavid Rəhimli, tərtibatçı rəssamı İlham Əzizoğlu, fotoların müəllifi isə Əli Əliyevdir.

Mission News Theme by Compete Themes.