Press "Enter" to skip to content

Türk dünyası ölkələrindən birgə futbol turniri təklifi

Türk dövlətlərinin bayraqları

BAYRAQDAR MEDİA – Qırğızıstan Futbol İttifaqının mətbuat xidmətinin məlumatına görə, oktyabrın 5-də Daşkənddə türkdilli ölkələrin futbol federasiyalarının prezidentlərinin görüşü keçirilib.

Kirim Haber Ajansının məlumatına görə, görüşdə Türkiyə, Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkmənistan, Macarıstan və Özbəkistanın qurum rəhbərləri, həmçinin Asiya Futbol Konfederasiyası (AFC) və Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) nümayəndələri iştirak ediblər.

Görüşdə futbolun yayılması və inkişafı, ölkə və klub səviyyəsində beynəlxalq yarışların təşkili imkanları müzakirə olunub.

Eyni zamanda, futbol üzrə ekspertlərin, məşqçilərin və hakimlərin hazırlanması, təcrübə mübadiləsinin aparılması və futbol federasiyaları arasında hərtərəfli əməkdaşlığın qurulması məsələləri müzakirə olunub.

Digər tərəfdən, görüş FİFA-nın dəstəyi və iştirakı ilə baş tutub.

Mission News Theme by Compete Themes.