Press "Enter" to skip to content

Peru Konqresi tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat

Peru Konqresi

Son yeniləmə: 6 Oktyabr 2023 11:47

BAYRAQDAR MEDİA – Peru-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri, Peru Konqresinin üzvü Xose Enrike Orenin təşəbbüsü ilə Konqres tərəfindən 27 sentyabr – Anım Günü ilə bağlı bəyanat qəbul edilib.

Bu barədə BAYRAQDAR MEDİA-ya Azərbaycanın Meksikadakı səfirliyindən məlumat verilib.

Qeyd edilib ki, “bəyanatda 2020-ci ildə Azərbaycan Silahlı Qüvvələrinin Ermənistanın ölkəmizə qarşı yeni hərbi təcavüzünün qarşısını almaq və mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə Ermənistan tərəfinin təxribat xarakterli addımlarına cavab tədbirləri gördüyü və nəticədə 44 günlük Vətən müharibəsi ilə bu ölkənin təcavüzünə son qoyulduğu bildirilir. Ermənistan tərəfindən otuz ilə yaxın, milli, mədəni və dini irsin məhv edilməsi, həmçinin hərbi cinayətlərin törədilməsi, minaların basdırılması, urbisid və ekosidin həyata keçirildiyi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalından sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa edib, bir milyona yaxın azərbaycanlı məcburi köçkünün təhlükəsiz və ləyaqətli şəkildə öz evlərinə geri qaytarılması kimi başlıca vəzifənin həllinə şərait yaradıb. Daha sonra, yeni dövrün başlanmasına səbəb olan, regionda reallıqları dəyişən və beynəlxalq ədaləti bərpa edən 44 günlük Vətən müharibəsində öz vətəndaşlarının müdafiəsinə qalxaraq qəhrəmancasına şəhid olan əsgər və zabitlərin əziz xatirəsini hörmətlə anmaq üçün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə sentyabrın 27-də elan edilmiş Anım Gününü qardaş Azərbaycan xalqının dərin hüznlə qeyd etdiyi vurğulanır”.

Məlumata əsasən, sonda Azərbaycan xalqına başsağlığı verilir və Vətənin azadlığı uğrunda mübarizə aparmış bütün şəhidlərin xatirəsinə dərin ehtiram ifadə olunur.

Mission News Theme by Compete Themes.