Press "Enter" to skip to content

Oktyabrın sonunda İlham Əliyevlə Nikol Paşinyanın görüşü olacaq

Şarl Mişel

BAYRAQDAR MEDİA – Oktyabrın 5-də İspaniyanın Granada şəhərində keçirilməli olan görüşdən Azərbaycan Prezidenti İlham Əliyevin haqlı imtinası vasitəçiləri yeni yollar axtarmağa məcbur edib. Məsələylə bağlı Prezidentin köməkçisi Hikmət Hacıyev də açıqlama yayaraq Azərbaycanın yalnız Avropa Birliyi Şurasının Prezidenti Şarl Mişelin vasitəçiliyi ilə üçtərəfli görüşə hazır olduğunu bildirib.

Azərbaycan Ermənistanla görüşə hazırdır

Qərb mediasında artıq Ş.Mişelin də belə bir görüş təşəbbüsündə olduğu haqqında məlumat yayılıb. O, mediaya verdiyi açıqlamada bildirib ki, oktyabrın sonunda Brüsseldə Azərbaycan Prezidenti ilə Ermənistan Baş nazirinin görüşü təşkil ediləcək.

Ş.Mişel deyib ki, artıq hər iki tərəflə əlaqə saxlanılıb və onlar üçtərəfli görüşdə iştiraklarını təsdiqləyiblər.

Mission News Theme by Compete Themes.