Son yeniləmə: 6 Oktyabr 2023 11:00
BAYRAQDAR MEDİA – Türkmənistan Prezidenti Serdar Berdimuhamedov rəqəmsal şəbəkə vasitəsilə Nazirlər Kabinetinin növbəti iclasını keçirib.
Salamnews saytı xəbər verir ki, iclasda 2023-cü ilin doqquz ayında ölkə iqtisadiyyatının sahələrində həyata keçirilən tədbirlərin yekunları ümumiləşdirilib, qarşıda duran vəzifələr müzakirə edilib: “Baş nazirin müavinləri cari ilin yanvar-sentyabr aylarında tabeliyində olan sahələr üzrə görülmüş işlərin yekunları barədə məlumat veriblər”.
Daha sonra Prezident Serdar Berdimuhamedov çıxış edərək ilin sonuna az vaxt qaldığını deyib: “Ona görə də biz hamımız səylə çalışmalıyıq ki, bu ili yaxşı nəticələrlə başa vuraq”.
Türkmənistan lideri bildirib ki, “biz iqtisadiyyatın bütün sahələrində yaxşı nəticələr əldə etmək və ÜDM-in sabit artım tempini saxlamaq üçün lazımi tədbirlər görməliyik”.
İclasda dövlət həyatı ilə bağlı bir sıra digər mühüm məsələlərə də baxılıb və müvafiq qərarlar qəbul edilib.