Press "Enter" to skip to content

Daha bir layihənin icrası başa çatıb

 50-dən çox sağlamlıq imkanları məhdud uşaqlar ücün müasir reabilitasiya sahəsində öyrədici tədbirlər təşkil olunub

Son yeniləmə: 6 Oktyabr 2023 14:23

BAYRAQDAR MEDİA – “Fizioterapiyanın İnkışafına Kömək” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” adlı layihənin icrasını yekun vurulub.

Layihənin icrası zamanı
Layihənin icrası zamanı

Layihə rəhbəri Nuranə Abdullayevanın bildirdiyinə görə layihə 3 ay müddətində (01 iyul-01 Oktyabr 2023-cü il) icra olunub: “Layihənin yekunu olaraq Bakı və Bakı kəndlərindən 50-dən çox sağlamlıq imkanları məhdud uşaqlar, həmçinin, onların valideyn/dayələri ücün müasir reabilitasiya (xüsusən müasir fizioterapiya, erqoterapiya, dietaterapiya və s.) sahəsində öyrədici tədbirlər təşkil olunub. Bu zaman inkişaf etdirici oyuncaq, avadanlıq, ləvazimat, alət və vasitələrin təbliğ edilib. Nəticədə sağlamlıq imkanları məhdud uşaqların potensialları daha çox realizasiya edilib və onların funksional bacarıqlari tam və ya qismən bərpa olunub. Eyni zamanda, ailəyə psixolojı dəstək verilib və bacarıqlarının inkişafına yönəldilmiş xidmətlər göstərilib, xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün uşağın inkişafı və reabilitasiyasının müasir vasitələri ilə tanış olmağa imkan yaradılıb”.

Nuranə Abdullayeva, həmçinin, “beləliklə, inkişafdan geri qalmış uşaqların və onların ailələrinə göstərilən sosial xidmətlərin yaxşılaşmasına yönəlmiş əlavə resurs olaraq “Sağlamlıq imkanları məhdud uşaqlara və onların ailələrinə dəstək” mərkəzlərin davamlı fəaliyyətinə ehtiyac yaranır” deyib.

 

 

Mission News Theme by Compete Themes.