Press "Enter" to skip to content

Türkiyədə turizmin bütün sahələri inkişaf edib

Prof. Dr. Güngör Yılmaz Nadir Azəriyə müsahibə verərkən

Son yeniləmə: 5 Oktyabr 2023 11:03

Prof. Dr. Güngör Yılmaz: Bu məsələdə digər türk dövlətləri Türkiyə təcrübəsindən yararlana bilərlər

BAYRAQDAR MEDİA – “Turizm son illərdə ölkələrin büdcəsinin böyük hissəsini təşkil etməkdədir. Məsələn, Türkiyəni ildə təxminən 50-100 milyon insan ziyarət edir. Bu da ölkəmizin turizm sahəsində əldə etdiyi uğurlar, bu istiqamətdə dünyada ön sıralara çıxması ilə bağlıdır”.

Bunu BAYRAQDAR MEDİA-ya özəl olaraq Yozgat Bozok Universitetinin rektor yardımçısı Prof. Dr. Güngör Yılmaz deyib.

Türkiyə təcrübəsindən hər kəs yararlanmalıdır

O, qeyd edib ki, ümumiyyətlə bu gün Türkiyədə turizmin bütün sahələrinin inkişaf etdiyini demək mümkündür: “Tarixi yerlər, gözəl təbiət, sağlamlıq turzimi üçün ideal şərait, turistlərə göstərilən xüsusi diqqət və qayğı Türkiyəni xarici turistlər üçün cəlbedici edir. Türkiyənin gözəl və zəngin mədəniyyəti, dadlı mətbəxi, insanlarının qonaqpərvərliyi də burada öz sözünü deyir. Dini abidələri ziyarət etmək istəyənlər üçün də Türkiyə maraqlı bir məkandır”.

Türk dövlətlərinin, xüsusilə də Azərbaycanın da böyük turizm potensialının olduğunu deyən müsahibimiz bildirib ki, bu sahənin daha da inkişafı üçün təcrübə mübadiləsi vacibdir: “Türkiyə təcrübəsindən hər kəs yararlanmalıdır”.

İlk hədəf təhsilli insanların yetişdirilməsi olmalıdır

Prof. Dr. Güngör Yılmaz deyib ki, bu sırada da ilk iş təhsilli insanların yetişdirlməsindən gedir: “Yəni turizmin istər gastronomi, istər otelçilik, istər səyahət sahəsinin inkişafı üçün bu sahənin mütəxəssisləri öndə olmalıdr. Bəzən belə düşünürlər ki, otelçiliklə kim istəsə məşğul ola bilər. Bu kökündən yanlışdır. Əgər sən turistlərə xidmət etmək iddiasındasansa o zaman otel turizmi ilə bağlı təhsil görmüş şəxsləri önə çəkəcəksən, onlara iş tapşıracaqsan. Yoxsa, “hə burada nə var ki, oteldir, idarə edərik” deməklə olmaz. Bir turist bir oteldən razı qalarsa növbəti dönəm ən azı 50-60 turistin həmin oteli seçməsi deməkdir. Yaxud, narazı qalarsa, turistlərin o otelə üz tutmayacağı deməkdir”.

Buna sadəcə dadlı yemək bişirə bilmək kimi yanaşmaq kökündən yanlışdır

Vurğulanıb ki, eyni şeyi qastronumi haqqında da demək lazımdır: “Buna sadəcə dadlı yemək bişirə bilmək kimi yanaşmaq kökündən yanlışdır. Sən, əvvəla, dünyanın xalqlarının mətbəx mədəniyyətinə, onlaırn incəlikərinə dərindən bələd olmalısan, ən azı iki-üç xarici dil bilməlisən. İnsanlarla mehriban təmasa hazır olmalısan. Hansısa müştəri xoşuna gələn, yaxud gəlməyən yeməklə bağlı birbaşa şeflə təmas qurmaq istəyə bilər. Bu zaman sən təmas üçün hazır olmalısan”.

Mission News Theme by Compete Themes.