BAYRAQDAR MEDİA – Oktyabrın 4-də Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Koreyanın aparıcı “SK Group” şirkətinin sədri, Koreya Respublikasının Ticarət və Sənaye Palatasının rəhbəri Çe Tae Vonun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.
Bu barədə xabar.uz məlumat yayıb.
Bildirilib ki, “dövlət başçısı Özbəkistan ilə Cənubi Koreya arasında xüsusi strateji tərəfdaşlıq münasibətlərinin, ilk növbədə, ticarət-iqtisadi sahədə davamlı şəkildə inkişaf etdiyini böyük məmnunluqla qeyd edib. Görüşdə yüksək texnologiyalı layihələrin həyata keçirilməsi, xüsusilə Daşkənd vilayətində mis folqa istehsalının təşkili üzrə SK Group şirkəti ilə praktiki əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə edilib”.
Koreya Ticarət və Sənaye Palatasının prioritet sektorlar üzrə əməkdaşlıq layihələrinin həyata keçirilməsinə ölkənin aparıcı şirkətlərinin birbaşa investisiyalarının cəlb edilməsində fəal iştirakının vacibliyi qeyd edilib.