Press "Enter" to skip to content

Prezidentlər bir araya gələcək

Qazaxıstan və Qırğızıstan bayraqları

Son yeniləmə: 5 Oktyabr 2023 11:04

Görüşdə sərhəddə yüklə bağlı problemlər müzakirə ediləcək

BAYRAQDAR MEDİA – Qırğızıstan və Qazaxıstan prezidentləri sərhəddə yüklə bağlı problemləri müzakirə edəcəklər. Bu barədə Nazirlər Kabinetinin rəhbəri Akılbek Japarov Joqorku Keneşin iclasında məlumat verib.

Bulak.kg saytının məlumatına görə, deputat Tazabek İkramov deyib ki, oktyabrın 12-də Qasım-Jomart Toqayev gələcək və iki dövlətin başçıları bu məsələni müzakirə edəcəklər: “Biz sahibkarlarımıza eyni növ malların daşınması üçün elektron qaimə-faktura və naviqasiya plomblarından istifadə etməyi öyrədə bilmirik. Əgər bir il ərzində iş adamlarımız başa düşsələr ki, vicdanla işləmək lazımdır, o zaman Qazaxıstan sərhəddə yük axınına mane olmayacaq”.

Qeyd edək ki, oktyabrın 13-də Qırğızıstanda MDB sammiti, oktyabrın 25-də isə Birlik ölkələrinin və Şanxay Əməkdaşlıq Təşkilatının baş nazirlərinin görüşü keçiriləcək.

Mission News Theme by Compete Themes.