Press "Enter" to skip to content

Kitab tanıtma: “Aşıq Ələsgər yaradıcılığında sufizm”

Aşıq Ələsgər yaradıcılığında sufizm

BAYRAQDAR MEDİA – Müəllifi filologiya üzrə fəlsəfə doktoru Adilə Nəzərova olan “Aşıq Ələsgər yaradıcılığında sufizm” kitabı da AMEA Mərkəzi Elmi Kitabxanasındakı nəşrlər sırasındadır.

Kitab AMEA Folklor İnstitutu Elmi Şurasının 22 iyun 2023-cü il tarixli qərarı ilə (protokol № 4) nəşr olunub.

Kitabda Azərbaycan aşıq ədəbiyyatına ucalıq gətirmiş A.Ələsgərin yaradıcılığında sufizm mövzusu tədqiq olunub. Kitab A.Ələsgər yaradıcılığının tədqiqində yeni mərhələdir. Tədqiqatın predmeti olan anlayışlar – sufizmin dörd mərhələsi – şəriət, təriiqət, mərifət, həqiqət, irfan məqamları, “vəhdəti-vücud” anlayışı, kamil insan düşüncəsi; simvollar, işarələr və eyhamlar, Hz.Əli aşiqliyi və onun ilahiləşdirilmiş obrazı; folklor, din va mifologiya kimi əsas fəsillər və paraqraflar altında bəhs edilən məcazi ifadələr izah edilib. Həm tədqiqata cəlb olunan şeirlərdə, həm də tədqiqatda orijinal metaforalarla təqdim olunan İslam sufizmi oxucudan bu sahədə bilik və geniş təsəvvür tələb edir.

Bildirək ki, nəşr filologiya, dini fəlsəfə sahəsi ilə maraqlananlar üçün nəzərdə tutulub.

Qeyd edək ki, kitabın ön sözünün müəllifi və elmi redaktoru akademik Nizami Cəfərov, rəyçiləri akademik Teymur Kərimli və tibb üzrə fəlsəfə doktoru Nağdəli Zamanov, redaktoru isə yazıçı Şərif Ağayardır.

Mission News Theme by Compete Themes.