Press "Enter" to skip to content

Kəlbəcərdə mövqelərimiz atəşə tutulub

Müdafiə Nazirliyi

BAYRAQDAR MEDİA – Oktyabrın 5-i saat 14:50 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Əzizli və Aşağı Şorca yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini müxtəlif çaplı atıcı silahlardan atəşə tutub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Ordusunun bölmələri şəxsi heyət və texnika sarıdan itki verməyib.

Mission News Theme by Compete Themes.