Press "Enter" to skip to content

Etibarlı sülh olsa, birgəyaşayış mümkündür

Filmin nümayişi zamanı

Son yeniləmə: 5 Oktyabr 2023 15:59

BAYRAQDAR MEDİA – 30 il ərzində erməni vandalizminin törətdiyi cinayətlər nəticəsində dağılmış yurd yerlərimiz son üç ildə “Böyük Qayıdış” proqramı üzrə yenidən qurulur. Bəs 30 illik həsrətdən sonra doğma torpaqlarına qayıdacaq sadə azərbaycanlılar nə düşünürlər? Mingəçevir Valideynlər Assosiasiyası İctimai Birliyi “Birgəyaşayış ilə bağlı əhali arasında maarifləndirmə işlərinin aparılması” layihəsi çərçivəsində suala cavab axtarıb.

İctimai Birlikdən verilən məlumata görə, layihə Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə iyul ayının əvvəlindən sentyabr ayının sonunadək icra olunu.

MVA İB-nın və layihənin rəhbəri Fərman Nəbiyevin açıqlamasına görə, İctimai Birlik tərəfindən kifayət qədər diskussiya yaradan atmosferdə müzakirə aparılıb, ictimai rəy öyrənilib, sonda real mənzərəni hökumətin diqqətinə çatdırmaq üçün hesabat hazırlanıb:“Düşünürəm ki, köçkünlərin birgəyaşayışla bağlı fikirləri gələcəkdə iki qonşu xalqın inteqrasiyasında əhəmiyyətli rol oynaya bilər”.

F.Nəbiyev layihə çərçivəsində “Biz sülh istəyirik” adlı sənədli filmin çəkildiyini və ictimaiyyətin müzakirəsinə çıxarıldığını da diqqətə çatdırıb. O, deyib ki, filmin qəhrəmanları Kəlbəcər, Şuşa və Ağdamdan olan köçkünlərdir. Onlar 1988-ci ilə qədər Şuşada, Xankəndidə və Qarabağın digər ərazilərində Azərbaycan əsilli ermənilərlə mehriban qonşuluq şəraitində yaşayıblar. Lakin sonradan Ermənistanın işğalçılıq siyasəti nəticəsində bir milyon azərbaycanlı köçkün 30 il ərzində dədə-baba yurdlarından qovulub: “Onları filmdə təmsil edən şəxslər bütün məşəqqətlərə baxmayaraq, belə hesab edirlər ki, gələcəkdə birgəyaşayış mümkündür və bunun üçün etibarlı sülh lazımdır.”

Mission News Theme by Compete Themes.