Press "Enter" to skip to content

COVID-19 iki insanın həyatına son qoyub

Bolqarıstanda müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb

Son yeniləmə: 5 Oktyabr 2023 14:49

BAYRAQDAR MEDİA – Tek Bilgi İnformasiya Portalının məlumatına görə, Bolqarıstanda oktaybrın 4-də müayinə olunan 2 min 230 nəfərdən 305-də koronavirus aşkarlanıb.

Testlərin 14 faizi müsbət nəticə verib və son sutkada iki nəfər koronavirus diaqnozu ilə dünyasını dəyişib.

Radio Bolqarıstan xəbər verir ki, hazırda 343 COVID-19 xəstəsi xəstəxanalarda müalicə alır: “Onlardan 26-sı reanimasiya şöbəsindədir. Yeni xəstəxanaya yerləşdirilənlərin sayı 54 olduğu halda, aktiv yoluxmaların sayı 3 min 475-dir”.

Dövlət Baş Sağlamlıq Müfəttişi Dos. Anxel Kunçev BNT-yə verdiyi açıqlamada bildirib ki, yeni “Omikron” variantı iybilmə qabiliyyətinə çox da təsir etmir, lakin özünü çox güclü baş ağrısı, öskürək, hərarət və yorğunluq əlamətləri ilə büruzə verir. O, qeyd edib ki, hazırkı virus da sürətlə yayılır, lakin bu, səhiyyə sisteminə böyük təzyiq göstərmir.

Mission News Theme by Compete Themes.