Press "Enter" to skip to content

Azərbaycan və Özbəkistan həkimləri birgə əməliyyatlar aparır – VİDEO

Birgə əməliyyat

BAYRAQDAR MEDİA – Daşkənddə Heydər Əliyev Fondunun dəstəyi, Azərbaycan və Özbəkistan Səhiyyə Nazirliklərinin təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş “Özbəkistan-Azərbaycan Səhiyyə Dekadası” davam edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Səhiyyə Nazirliyinin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “dekada çərçivəsində Azərbaycan Səhiyyə Nazirliyinin və digər səhiyyə müəssisələrinin 14 yüksək ixtisaslı həkimləri özbəkistanlı həmkarları ilə birgə əhaliyə müasir tibbi avadanlıqlar vasitəsilə, yüksək peşəkarlıqla müxtəlif cərrahiyyə əməliyyatları icra edəcək, müayinə və müalicələri həyata keçirəcəklər. Cərrahiyyə əməliyyatları paytaxt Daşkəndlə yanaşı, Özbəkistanın Səmərqənd, Xarəzm, Buxara, Nəvai və digər bölgələrində aparılır. Tibbi prosedurlar neonatal minimal invaziv cərrahiyyə, uşaq cərrahiyyəsi, transplantologiya, minimal invaziv laparoskopik və histeroskopik cərrahiyyə, travmatologiya və ortopediya, onkologiya və oftalmologiya, ağır rekonstruktiv əməliyyatlar kimi sahələri əhatə edir”.

Daha sonra xəbərdə “bu layihə iki qardaş ölkənin səhiyyə sahəsindəki əlaqələrini yeni müstəviyə keçirir. Birgə fəaliyyət iki ölkənin praktiki tibbi təcrübə mübadiləsinin keyfiyyətcə yeni istiqamətdə inkişafına şərait yaradır. Həmçinin, vahid məkanda birgə əməliyyatların real vaxt rejimində aparılması, səhiyyə və tibbi peşəkarlığın artırılmasına xidmət edir” deyə bildirilir.

Qeyd edək ki, oktyabr ayının 11-ə kimi davam edəcək dekada çərçivəsində 100-dən artıq birgə cərrahiyyə əməliyyatlarının icrası planlaşdırılır.

Mission News Theme by Compete Themes.